Okavanqo deltası
Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır. Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır. Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır. 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu.
Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.